Bakıda İraq vətəndaşını qarət edən şəxsə hökm oxundu


Digərləri 25 Fev 2019 12:34:17 246 0

Bakıda İraq vətəndaşını qarət edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Cəfərov 2 il azadlıqdan məhrum edilib.