Bakıda kişi qadının üzərinə neft töküb yandırdı


Digərləri 25 Fev 2019 12:28:00 243 0

Bakıda kişi qadının üzərinə neft töküb yandırdı

Bakıda ağır cinayət törədilib

.

Son.az bildirir ki, hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti 157, ev 11A ünvanında qeydə alınıb. Bakı şəhər sakini 33 yaşlı Qabil Tağıyev sərxoş vəziyyətdə aralarında yaranmış şəxsi mübahisə zəminində tanışı Rübabə Nuriyevanın öldürmək niyyəti ilə üzərinə neft tökərək onu yandırıb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Q. Tağıyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.