Expressbank istehlak kreditlərin verilmə prosesini sürətləndirdi


Digərləri 25 Fev 2019 12:30:00 316 0

Expressbank istehlak kreditlərin verilmə prosesini sürətləndirdi

Azərbaycanın aparıcı banklarından biri Expressbank müştərilərin rahatlığını düşünərək ölkədə ilk dəfə Elektron Hökumətin İnkişafı Mərkəzi ilə uğurlu əməkdaşlığa imza atıb. Nəticədə cari ilin fevral ayının 15-dən etibarən bank fiziki şəxslərə daha sürətli xidmət etməyə başladı. 

E-gov tərəfindən yaradılan "ASAN Finans" layihəsinin əsas missiyası maliyyə qurumları və vətəndaşlar arasındakı münasibətləri tamamilə rəqəmsallaşdırmağa hesablanmışdır.

Göstərdiyi xidmətlərin sürətini və səmərəliyini artırmağı hədəfləyən Expressbank ölkədə mövcud banklar arasından ASAN Finans layihəsini kreditin verilməsi sahəsində tətbiq edən ilk bank oldu. Bununla da bank müştərilərinə daha operativ xidmətlər təklif etməyə nail olub.

Bu barədə məlumat verən bankın Pərakəndə Bankçılıq Departamentinin direktor müavini Fərid Salahov vurğuladı ki, artıq fiziki şəxslər kredit üçün müraciət etdiyi zaman özləri ilə sənəd daşımalarına ehtiyac qalmayacaq.

"Bank olaraq "ASAN finans" layihəsinə qoşulmaqla müştərilərin işini sürətləndirmiş və asanlaşdırmış olduq. Artıq filiallarda kredit müraciəti zamanı yaranan vaxt və resurs itkiləri azalaraq nağd kreditin 20 dəqiqəyə verilməsi  imkanı yaranIb."