“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 25 Fev 2019 11:56:19 190 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumat təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında avronun qiyməti bahalaşaraq, 1.13$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1370$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1450$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da sənaye sektorunda iqtisadi aktivliyik və saat 14:00-da inflyasiya ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi də cümə günü bahalaşaraq, 1.30$-ın üzərində təklif edilir. Qiymət keçən həftənin maksimumunu (1.3108$) qırarsa, 1.3217$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, çərşənbə axşamı İngiltərə baş nazirinin yeni Breksit planına dair çıxışı və çərşənbə günü planın parlamentdə səs verməyə çıxarılmasının nəticələrinin də məzənnədə güclü dalğalanmaya təsir edəcəyi gözlənilir. TRY