Pamela Anderson Rusiyadan yardım istədi


Digərləri 25 Fev 2019 11:05:00 253 0

Pamela Anderson Rusiyadan yardım istədi

Bu barədə “RİA Novosti” məlumat yayıb

Tanınmış aktrisa və IFAW beynəlxalq heyvanların müdafiəsi fondunun məşvərət şurasının üzvü Pamela Anderson növbəti dəfə Rusiya Federasiyası hakimiyyətinə müraciət edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bu dəfə Anderson Vladivastok sularında "dustaq" saxlanılan orkaların (kitə oxşar dəniz yırtıcısı - red.) və ağ delfinlərin azad edilməsi ilə bağlı Rusiya hökumətindən yardım istəyib.