Sabah Bakıda bir sıra yollar bağlanacaq


Digərləri 25 Fev 2019 10:33:00 222 0

Sabah Bakıda bir sıra yollar bağlanacaq

Fevralın 26-da Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Məhdudiyyət saat 08:00-dan tədbir başa çatanadək davam edəcək.