Bərdədə doğuş zamanı əkiz körpələr öldü


Digərləri 25 Fev 2019 10:23:58 255 0

Bərdədə doğuş zamanı əkiz körpələr öldü

Bərdə rayonunda süni doğuşla dünyaya gələn əkiz uşaqlar ölüb

.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 24-ü saat 17 radələrində Bərdə doğum evində baş verib.

Ağcabədi rayon sakini Ziba Qurbanova şiddətli ağrılarla doğum evinə yerləşdirilib. Həkimlər tərəfindən müayinə olunduqda onun bətnindəki döllərin ürək döyüntüləri qeydə alınmayıb. Həmin gün süni doğuşla ana bətnindəki iki döl çıxarılıb. Onlar oğlan uşağı olublar.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.