Ledi Qaqa nişanı qaytardı, oxudu, sosial şəbəkələrdə "partlayış" yaratdı FOTO


Digərləri 25 Fev 2019 10:02:00 324 0

Ledi Qaqa nişanı qaytardı, oxudu, sosial şəbəkələrdə "partlayış" yaratdı  FOTO

ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theatre"də Amerika Kinoakademiyasının təsis etdiyi 91-ci "Oskar" mükafatlarının təqdimat mərasimi olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Ən yaxşı mahnı" nominasiyasında "A Star İs Born" filmindəki "Shallow" mahnısına görə qalib gəlmiş amerikalı müğənni Ledi Qaqa baş rolda oynadığı filmin rejissoru və onun lentdəki tərəf-müqabili Bredli Kuperlə səhnəyə çıxaraq fortepiano arxasına keçiblər. Onlar mahnını birlikdə ifa ediblər.

Ledi Qaqanın 50 yaşlı nişanlısı Kristian Karino ilə bütün münasibətləri kəsdiyi bəlli olub.