Əxiliyin yaranması və mənası


Digərləri 25 Fev 2019 09:57:00 423 0

Əxiliyin yaranması və mənası

Əxi sözü günümüzdə fərqli anlamda işlədilsə də, orta əsr tarixində bu sözün etimologiyası fərqlidir

. Bir çoxları əxi sözünün ərəb sözü olduğunu düşünsə də, əslində, qədim türk sözüdür.

Son.az bildirir ki, əxilik, əxilər və qadın əxilər haqqında məlumatı ölkə.az-a tarixçi-alim Əkbər Nəcəf verib.

Günümüzdə çoxunun ərəbcə hesab etdiyi "əxi" sözünün ərəbcə ilə bir əlaqəsi yoxdur. "əl-Ax" sözünə "y" əlavəsi ilə ərəbcə "qardaş" mənasına gədiyi iddia edilsə də, söz, əslində, qədim türkcədir. Çünki mənbələrdə kəlmə ərəbcə olaraq keçməz. Ərəblər "əxilik" təşkilatına "fütüvvət", "əxi"lərə isə "fəta" və "fityan" deyirlər. "Qardaş" mənasında ərəbcə "əl-ax" sözü olsa da əxilər üçün işlədilməzdi. Farscada bunun müqabili "cavanmərd"dir.

Əxi sözü qədim türkçə "akı" sözündən gəlir. Mənası isə "əliaçıq", "alicənab", "comərd" deməkdir. Kəlmə Qədim uyqur və Qaraxanı dövrü mətinlərində (IX-XII) bol-bol keçir. Sadəcə, Yusif Xas-Hacibin "Qutadqu-biliq" əsərində 30-dan çox yerdə işlədilib. Kitabın bir yerində belə deyilir:

"Bu yalnquz yorıqlı kişi qıvçaqı Kişikə tusulmaz bolur ey əxi"  (Ey comərd, təkbaşına yaşayan yabani adamın başqalarına faydası olmaz)