Yevlaxda 59 yaşlı kişi söyüşə görə güllələnərək öldürüldü


Digərləri 25 Fev 2019 09:58:51 188 0

Yevlaxda 59 yaşlı kişi söyüşə görə güllələnərək öldürüldü

Yevlax rayonunda qətl hadisəsi törədilib.

Bakı. Samir Əli - Yevlax rayonunda qətl hadisəsi törədilib. Trend-in məlumatına görə, rayonun Ərəbbəsrə kənd sakini, 1960-cı il təvəllüdlü Qafarov Tahir Bəylər oğlunun meyiti həmin kənddə gözətçi işlədiyi balıqçılıq təsərrüfatındakı daxmanın yaxınlığında kənd sakinləri tərəfindən tapılıb. Həmin gün Şəki rayonunun Aydınbulaq kəndində yaşayan, 1981-ci il təvəllüdlü Mirzəyev Habil Dövlət oğlu polisə müraciət edərək T.Qafarovu öldürdüyünü bildirib.