Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb


Dünya 25 Fev 2019 08:52:00 219 0

Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb

Kanadanın Ontario vilayətində qasırğa nəticəsində 30 minə yaxın təsərrüfat, mağaza, dövlət strukturu elektrik enerjisiz qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, küləyin sürəti bəzi yerlərdə 120 km/s-a çatır (33 m/s).

Hydro One regional elektrik şəbəkə şirkəti bildirib ki, qəza briqadaları şəbəkələrdə baş verən problemləri arada qaldırır. İşlərin yekunlaşma müddəti dəqiqləşdirilmir.