Kolumbiyanın ən qədim Universitetində Xocalı soyqırımına dair mühazirə oxunub (FOTO)


Digərləri 25 Fev 2019 08:40:08 147 0

Kolumbiyanın ən qədim Universitetində Xocalı soyqırımına dair mühazirə oxunub (FOTO)

Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov tərəfindən paytaxt Boqota şəhərində yerləşən Santo Tomas Universitetinde Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan mühazirə oxunulub.

Bakı. Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov tərəfindən paytaxt Boqota şəhərində yerləşən Santo Tomas Universitetinde Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan mühazirə oxunub. Əsası 1580-ci ildə qoyulmuş, Latın Amerikasında ən qədim universitetlərdən biri sayılan Santo Tomas Universiteti Kolumbiyanin ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, humanizm prinsiplərini ön planda tutan ali təhsil ocağıdır. Trend-in məlumatına görə, öz çıxışında Həmid Zeynalov ilk öncə Azərbaycanın çoxəsrlik mədəniyyəti, tarixi, mənəvi dəyərləri, dini və irqi tolerantlığı, eləcə də sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çox sayda insanların yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğundan bəhs edib.