Berndə Xocalı faciəsinin ildönümü ilə əlaqədar aksiya keçirilib FOTO


Digərləri 25 Fev 2019 07:41:00 201 0

Berndə Xocalı faciəsinin ildönümü ilə əlaqədar aksiya keçirilib  FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Ölkəmizin İsveçrədəki səfirliyindən Son.az-a verilən məlumata görə, İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzi "Kornhausplatz" meydanında Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən kütləvi aksiya təşkil olunub.

İlk öncə aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla anıblar.


Xəbərə aid fotolar