Tramp Çin prezidentini öz villasında qəbul etmək niyyətindədir


Dünya 25 Fev 2019 07:55:00 199 0

Tramp Çin prezidentini öz villasında qəbul etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Floridada yerləşən villasında Çin prezidenti Si Cinpini qəbul edəcəyini deyib.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ lideri çinli həmkarı ilə ticarət üzrə razılaşmalar hazırlamağı planlaşdırır.

"Nəzərə alaraq ki, hər iki tərəf danışıqlarda irəli gedəcək, biz mən və prezident Sinin Mar-a-Laqoda sammitini planlaşdıracağıq ki, sazişi imzalayaq. ABŞ və Çin üçün çox gözəl həftə sonudur", - deyə ABŞ prezidenti bildirib.