Okinava əhalisinin 70%dən çox hissəsi ABŞ hərbi bazasının tikintisinə qarşı çıxıb


Dünya 25 Fev 2019 07:28:00 248 0

Okinava əhalisinin 70%dən çox hissəsi ABŞ hərbi bazasının tikintisinə qarşı çıxıb

Okinava əhalisinin 70 faizdən çoxu prefekturada ABŞ hərbi bazasının yerləşdirilməsinə qarşı çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu göstərici səsvermənin hesablamasından sonra ortaya çıxıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, səsvermədə 605 min 294 nəfər iştirak edib. Yerli vaxtla 21:30 olan vəziyyətə görə, səslərin 5,59%-i hesablanıb, onlardan 23 mindən çoxu (70%-dən çox) "qarşı" səs verib.