Ev yanıb, yaşlı qadın tüstüdən zəhərlənib


Digərləri 25 Fev 2019 07:07:00 193 0

Ev yanıb, yaşlı qadın tüstüdən zəhərlənib

Samux rayonunda 1 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib.

Son.az report-a istinadən bildirir ki, rayonun Alabaşlı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın zamanı, 1965-ci il təvəllüdlü Laləzər Məhərrəm qızı Hüseynova tüstüdən zəhərlənib.

Xəstəxanaya aparılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.