Tarixin iki türk sərkərdəsi Çingiz xan və Əmir Teymurun fərqləri


Digərləri 25 Fev 2019 01:30:00 266 0

Tarixin iki türk sərkərdəsi  Çingiz xan və Əmir Teymurun fərqləri

Dünya tarixində Çingiz xan və Əmir Teymur kimi türk sərkədələri böyük iz qoyublar. Orta Əsrlərdə taxta çıxmaq üçün Çingiz soyundan gəlmək şərt sayılırdı. Əmir Teymur da Çingiz xan soyundan gəlirdi və onun kimi bir çox əraziləri tutub böyük imperiya yaratmışdı.

Son.az bildirir ki, tarixçi-alim Əkbər Nəcəf bu iki türk sərkərdəsinin fərqli və oxşar cəhətlərindən "ölkə.az"a danışdı.

Çin xaricində Teymur da Çingiz xan qədər əraziləri zəbt etdi. Ancaq Teymurun Çingizdən fərqi tərbiyəsi idi. Çingiz ac bir ulus üçün dünya, əsasən də İslam coğrafiyasının sərvətinin qapılarını açarkən, Teymur Çingizin görməmiş əmirlərini və məmurlarını sələfindən daha qəddar təbirlərlə tərbiyə etmək məcburiyyətində qaldı. Teymurun tək istinatgahı Çingiz kimi, sadəcə, törə/yasaq deyildi. O, eyni zamanda İslam şəriatının hökmlərinə də əməl etmək məsuliyyətini daşıyırdı. Qılıncla yontub, İslamla cilalamaq prosesində Teymur ordu ilə üləma arasında "ədəbi ittifaq" yaratmağa cəht etdi. Tərəzinin bir tərəfində əsgər, digər tərəfində alimin dayandığı Teymurun nizami-aləm anlayışında memarlıq ən ideal həyat anlayışı idi.