Yaz dəbini saç aksessuarları diktə edəcək FOTO


Digərləri 24 Fev 2019 22:44:00 437 0

Yaz dəbini saç aksessuarları diktə edəcək  FOTO

Gələn mövsüm bütün diqqət saç bəzəklərinə yönələcək.

Son.az xəbər verir ki, bahar aylarında saç bəzəkləri xüsusilə aktual olacaq. Fantaziyaları tükənməyən dizaynerlər keçmiş dövrlərdən ilham alamağa davam edir və orada çoxdan unudulmuş nəfis elementləri təkrar-təkrar günümüzə daşıyırlar. İndi də 90-cı illərin vaxtı yetişib. 90-cı illərin kəmər çanta, pijamasayağı geyim stillərindən xeyli istifadə edib gözümüzün qurdunu öldürdük. İndi isə növbə saç bəzəklərindədir.

Yaz-yay aylarında obodok, rezin, saç lenti, saç bantları və saç sancaqları trend olacaq. Belə elementlər dəsti zənginləşirib ona xoş ştrixlər əlavə edəcək. Əminliklə deyə bilərik ki, tendensiya qızların zövqünü oxşayacaq: maraqlı, qeyri-adi, hətta ekssentrik saç sancaqları asanlıqla çanta və sırğa kimi başqa aksessuarları əvəz edəcək. Məsələn, məxmər və ya zərli obodok obrazın bütün yükü öz üzərində daşıya bilər. Hətta sadə cins və lakonik ağ tişört geyinsəniz də, saçınızdakı bu detal bütün obrazı bəzəyəcək.