Bu qidanın 3 gündə yaratdığı möcüzəyə inanmayacaqsınız


Digərləri 24 Fev 2019 22:20:00 185 0

Bu qidanın 3 gündə yaratdığı möcüzəyə inanmayacaqsınız

Ləbləbinin tərkibinə qatılaraq çərəz kimi istifadə olunan qovrulmuş noxudun əslində müalicəvi təsirlərinin də olduğunu bilirdinizmi?

Son.az xəbər verir ki, tərkibindəki vitamin və minerallar sayəsində insan bədəninə bir çox fayda verən noxud ət yeməyənlər üçün möhtəşəm protein qaynağıdır.

Noxud enerji dəyəri yüksək olduğundan vücudun ehtiyacı olan bir çox vitamin və mineralların çatışmazlığını aradan qaldırır. Xüsusilə idmançıların məşqdən əvvəl yediyi bu qida sodium, kalium, kalsium, dəmir, protein, lif, A və C vitamininə malikdir.

- Qovrulmuş noxud mədədəki turşuluq faizini balanslaşdırır və mədədə yanğı, qıcqırma hissini aradan qaldırır. Xüsusilə, qastrit, xora kimi xəstəliklərdə müalicəvi effekti var.

- Lif sayəsində uzunmüdətli toxluq hissi verir və qısa müddətdə artıq çəkinin atılmasına yardımçı olur. Az yağlı olduğu üçün müxtəlif bölgələrdə yağların toplanmasına səbəb olmaz.

- Xolestrol səviyyəsinə təsir göstərərək ürək-damar çatışmazlığı və iflic kimi ciddi xəstəliklərin yaranması riskini azaldır. Damarların daralması riskinin qarşısını alır.

- Antioksidant tərkibi sayəsində bədəni qısa müddətdə zərərli maddələrdən təmizləyir. Tərkibindəki yağlar hüceyrələrin özünü bərpa etməsinə kifayət edir.