Osmanlı imperiyasını idarə edən və buna görə ölüm fərmanı verilən Qarabağlı şeyxülislam TARİXİ FAKT


Digərləri 24 Fev 2019 21:54:00 246 0

Osmanlı imperiyasını idarə edən və buna görə ölüm fərmanı verilən Qarabağlı şeyxülislam  TARİXİ FAKT

Osmanlı dövlətində Şeyxülislam Feyzullah Əfəndinin rolu və əhəmiyyəti danılmazdır. Amma yerli oxucuların əksəriyyəti bu tarixi şəxsiyyət haqqında məlumata o qədər də sahib deyillər.

Son.az ölkə.az-a istinadən tarixçi-alim Əkbər Nəcəfin məsələ ilə bağlı kiçik qeydlərini təqdim edir.

1695-1703-cü illər arasında sultan olan II Mustafa zamanında Osmanlı dövlətinin gerçək idarəçisi Şeyxülislam Feyzullah Əfəndi idi. Türkçəni Azərbaycan ləhçəsi ilə danışdığı üçün İstanbul camaatı onu "qızılbaş", "əcəmi" ləqəbləri ilə tanıyırdı.

Feyzullah Əfəndinin nəsli Cəlaləddin Mövlananın mürşidi Şəms Təbriziyə gedib çıxır. Özü isə Qarabağın məşhur "Qara pirlər" ailəsindən idi.

Feyzullah Əfəndinin Qarabağda yaşamış ulu babaları Şeyx Cüneyd və Şeyx Əhməd idi. Feyzullahın ulu babası Sultan Əhmədin oğlu Pir Məhəmməd Qarabağda vəfat etmiş və "Qara Şeyx" olaraq böyük bir sufi olmuşdur. Ailənin Qarabağdakı pirlik dərgahına daha sonar Vəliyəddin Məhəmməd, Həbib Məhəmməd, daha sonar da Həbibin oğlu Mustafa şeyx olaraq başçılıq etmişdir. Onların qəbirlərinin Qarabağda olduğu qeyd edilir.