Hindistanda keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdı


Digərləri 24 Fev 2019 21:56:46 179 0

Hindistanda keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdı

Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb.

Bakı. Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb. Trend-in məlumatına görə, bunu ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib. Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.