Məşhur dizaynerin həyatından heç kimin bilmədiyi 7 fakt


Digərləri 24 Fev 2019 21:10:00 262 0

Məşhur dizaynerin həyatından heç kimin bilmədiyi 7 fakt

Xəbər verdiyimiz kimi, moda dünyasının əfsanəsi, "Chanel" moda evinin kreativ dizyaneri Karl Legerfeld dünən 85 yaşında vəfat edib.

Qeyri-adi dühası və gözəl yumor hissinə malik olan dizayner həm də nəşriyyat evinin sahibi, bir neçə bestsellərin müəllifi, gözəl rəssam və fotoqraf idi. Heç bir modapərəst deyə bilməz ki, Karl Legerfeld onun zövq duyumuna bu və ya digər şəkildə təsir göstərməyib.

Son.az sənətkar haqqında 7 faktla tanış edir. Maestronun tərcümeyi-halı da onun modaya olan baxışı qədər qeyri-adidir.

İlk sərbəst iş (frilanser)

Lagerfeldi ilk dizayner-filanser adlandırırlar. 1960-cı illərdə onun xidmətlərindən bir neçə Avropa brendi yararlanıb.

Pişiklərə sevgi

Onun sevimli pişiyi Şuppet reklamda çəkilişlər üçün aylıq maaş alırdı. Pişiyin instaqram səhifəsinin isə 100 mindən çox abunəçisi var.

Kitablar...

Lagerfeld əsl "kitab qurdu" olub. Yeri gəlmişkən, onun evinin kitabxanasında 300 mindən çox kitabı var idi. Mütaliəyə böyük məhəbbəti olan dizayner nəşriyyat işini öyrəndikdən sonra özünün kitab mağazasını açmışdı.


Xəbərə aid fotolar