Əfqanıstanda bir ildə 3,8 min dinc sakin ölüb


Dünya 24 Fev 2019 18:59:00 233 0

Əfqanıstanda bir ildə 3,8 min dinc sakin ölüb

2018-ci il Əfqanıstanda münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 3,8 min nəfəri ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Əfqanıstana yardım missiyasının məlumatına görə, bu, son 10 ildə ən yüksək göstəricidir. Missiyanın hesabatında bildirilir ki, ötən il 3804 dinc sakin, o cümlədən 927 uşaq münaqişə qurbanı olub. Daha 7189 mülki şəxs yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.

Hesabata əsasən mülki şəxslərin 63 faizi hökumətə qarşı çıxan qüvvələrin - Taliban hərəkatının və İŞİD terror qruplaşmasının hücumları nəticəsində həyatını itirib.