Dünya şöhrətli musiqimiz öz simasını itirir...


Kriminal 24 Fev 2019 19:45:00 408 0

Dünya şöhrətli musiqimiz öz simasını itirir...

Mütəxəssislər həyəcan təbili çalır: Gözəl klassik mahnılarımız ola-ola, yad ritmlərin qurbanına çevrilməkdəyk 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir neçə ildir ki, ən çox dinlənilən, sosial şəbəkələrdə müzakirə olunan, "Top-10"larda yer alan mahnıların siyahısına nəzər yetirdikdə, acınacaqlı mənzərə ilə qarşılaşırıq. Çünki sosial şəbəkələrdə ən çox izlənilmə rekordu göstərən mahnılar hind ritmləri üzərində və meyxana üslubunda hazırlanan mahnılardır. 

Getdikcə bəstəkar mahnılarını daha az eşidirik. Onların yerini meyxana tipli mahnılar, hind ritmləri üzərində hazırlanan lablar tutub. Bəstəkar mahnıları günü-gündən tənəzzülə doğru gedir. Ürək üçün deyil, çörək üçün hazırlanan musiqilər meydan sulayır. Ekspertlərimiz isə həyəcan təbili çalır.

"Musiqi zövqü insanın tərbiyəsindən, təhsilindən, mühitindən asılıdır"   Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov deyir ki, sosial şəbəkələrdə paylaşılan, "Youtube"da trend olan mahnılar o qədər də ciddiyə alınmamalıdır: "İnsanlar ruhuna xas mahnı seçməkdə azaddır. İstənilən insan "Youtube"-a daxil olub, orada zövqünə uyğun mahnını dinləyə bilər. Musiqi bir az zövq məsələsidir. Bunun qarşısını heç cür kəsmək mümkün deyil və müstəqil seçimdir. O ki qaldı hind ritmlərinə, biz kiməsə deyə bilmərik ki, siz bu ritmdə mahnı ifa etməyin. Çünki bu, ifaçının öz şəxsi istəyidir".

F.Sücəddinov televiziya kanalları və KİV Azərbaycan musiqisinə, bəstəkar mahnılarına daha çox yer ayırarsa, bu kimi yüngül mahnıların trenddən uzaqlaşacağını deyir: "Məhz  bu zaman musiqi sahəsindəki tarazlıq öz işini görəcək. Əgər televiziyalarımız hind ritmində hazırlanan mahnıları təbliğ edirsə, biz kimdən nə istəyək? Sosial şəbəkələrdə çox şeylər var. Belə çıxır ki, "Youtube"da insanlar söyüş söyüb paylaşır və o söyüşlərə milyonlarla insan baxırsa, onda demək ki, bu, trenddir, hər kəs işini-gücünü atıb söyüşə qulaq asır? Təbii ki, yox. Musiqi zövqü insanın görünüşündən, tərbiyəsindən, ümumi zövqündən, təhsilindən, mühitindən asılı olan bir şeydir. Ümumiyyətlə isə, bunun qarşısını nə mən, nə Mədəniyyət Nazirliyi, nə Bəstəkarlar İttifaqı - heç kim ala bilməz".


Xəbərə aid fotolar