Sabirabadda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı araşdırma aparılır


Digərləri 24 Fev 2019 16:01:00 206 0

Sabirabadda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı araşdırma aparılır

Sabirabadda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı araşdırma aparılır

Bakı. Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 6 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Beyləqan rayon sakini K.Orucovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Bakı şəhər sakini V.Şamilovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.