İngiltərə Premyer Liqası: "Mançester Yunayter" "Liverpul" ilə bacarmadı


Digərləri 24 Fev 2019 20:36:00 225 0

İngiltərə Premyer Liqası: "Mançester Yunayter" "Liverpul" ilə bacarmadı

Bu gün İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib

Bakı. Bu gün İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib. Trend-in məlumatına görə, "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. Stadiondan oyunu 74519 insan izləyib. Oyun qarşılıqlı hücumlarla keçsədə, qapılara qol vurulmayıb - 0:0. Oyunun 75-ci dəqiqəsində "Liverpul"un müdafiəçisi Joel Matip topu öz qapısına göndərsədə, hakim Maykl Oliver oyundan kənar vəziyyətin olması ilə əlaqədar qolu saymayıb.