Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb (FOTO)


Digərləri 23 Fev 2019 03:26:00 224 0

Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb (FOTO)

Gədəbəy rayonunda 2 ədəd PHS tapılıb.

Bakı. Gədəbəy rayonunda 2 ədəd PHS tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, fevralın 22-də tarixində saat 17:55-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Nizami küçəsi, ev 3-də 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.