Turistlər polisdən raziliq edirlər (FOTO)


Digərləri 23 Fev 2019 01:33:16 198 0

Turistlər polisdən raziliq edirlər (FOTO)

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi 2015-ci ildən istifadəyə verilib.

Bakı. Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi 2015-ci ildən istifadəyə verilib. Ucqar dağlıq ərazidə xidmət aparan polis bölməsi Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edir. Qış aylarında gözəl və əsrarəngiz təbiəti ilə yerli və xarici turistləri özünə cəlb edən bu yerlərdə bölmə əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Qonaqların təhlükəsizliyinə cavabdeh olan polislərimizin sayıq xidmətindən söhbət açan bölmə rəisi, polis kapitanı Fərid Axundov bildirdi ki, vətəndaş məmnunluğunun və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər yüksək səviyyədədir. Ərazidə əməkdaşlar təhkim olunmuş xidməti avtomobillərlə mütəmadi olaraq avtopatrul xidmətini yerinə yetirirlər. Bundan əlavə polislər 4 postda öz vəzifələrini layiqincə yerinə yetirirlər. Turizm Kompleksinin daxilində xidmət göstərən otellərdə dincələn turistlər yaradılan bu şəraitdən, ümumən ölkəmizdəki sabitlikdən, onlara göstərilən qayğıdan məmnunluqlarını bildirirlər.