Görmə qabiliyyətinizi itirmək istəmirsinizsə, bu məqamlara mütləq diqqət edin FOTO


Digərləri 22 Fev 2019 23:43:00 236 0

Görmə qabiliyyətinizi itirmək istəmirsinizsə, bu məqamlara mütləq diqqət edin  FOTO

İnsan bədəninin ən əhəmiyyətli orqanlarından biri olan gözlər həm genetik, həm də ətraf mühitin təsiri ilə tez-tez zədə ala bilir. Bu zədələrin nəticəsi bəzən çox ciddi olur və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Xüsusilə, torlu qişa, sinir hüceyrələri və görmə mərkəzini qoruyan bəzi vitamin və mineralların azalması nəticəsində meydana gələn görmə qabiliyyətinin zəifləməsi problemi daha sıx rast gəlinir.

Son.az xəbər verir ki, bu problemin öhdəsindən gəlmək üçün kənardan dəstək, yəni qidalanmaya fikir vermək lazımdır.

Mütəxəssislər bildirir ki, nə qədər erkən yaşlarda gözlərin sağlamlığının qeydinə qalmağa başlansa, bunun effekti bir o qədər yaxşı olar. Bu səbəbdən erkən yaşlarda gözlərin sağlamlığını qorumaq üçün müəyyən vitamin və minerallar qəbul edilməlidir. Bu vitaminlərlə zəngin olan qidalar isə gündəlik qida rasionuna daxil olunmalıdır.

Kök

Tərkibindəki A, C və E vitaminləri sayəsində gözdəki torlu qişanın işini yaxşılaşdıraraq deformasiyaya uğramasının qarşısını alır. Mütəxəssislər gözün sağlamlığı üçün ən yaxşı qidanın kök olduğunu bildirir. Həftədə 2 fincan kök suyu içmək yaş artdıqca göz xəstəliklərinin yaranmasını gecikdirir.

Brokkoli

Lütein, zeaxastin ve beta-karoten kimi maddələrlə zəngin olan brokkoli gözün quzehli qişasının incəlməsinin qarşısını alır. Eyni zamanda, soyuğa qarşı bədəni qoruduğu kimi gözləri də bakteriyalardan qoruyur.

İspanaq

Dəmir sadəcə qan üçün lazımi mineral deyil. Eyni zamanda, gözün sağlamlığını qoruması üçün də gərəklidir. Dəmir əskikliyi gözlərdəki damarların nazikləşməsinə və göz yorğunluğuna səbəb olur. Bu problemin qarşısını almaq üçün həftədə 2 dəfə ispanaq yeymək lazımdır. İspanağın faydalarını artırmaq üçün yumurta ilə birlikdə yeyilməsi daha yaxşıdır.

Balıq

Gözün sağlamlığı deyəndə ağıla ilk gələn qidalardan birinci balıq olur. Lakin balıq sadəcə Omeqa3 yağ turşuları kompleksi ilə gözləri təmin edir.

Üzüm


Xəbərə aid fotolar