Duzun duz yeri, şəkərin öz yeri…


Digərləri 22 Fev 2019 23:30:00 231 0

Duzun duz yeri, şəkərin öz yeri…

Şəkər və duzun normadan artıq qəbul edilməsi insan sağlamlığına mənfi təsir göstərir. Onların qədərindən artıq istifadəsi bəzi xəstəliklərin yaranması ilə yanaşı, bir sıra xəstəliklərin fəallaşmasına da səbəb olur.

Son.az bildirir ki, AZƏRTAC həmin məhsulların istifadə qaydası ilə əlaqədar mütəxəssislərə müraciət edib.

Həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aytən Babaxanlının dediyinə görə, insan gün ərzində 10 faizdən artıq şəkər qəbul etməməlidir: "Şəkər normadan artıq olanda hüceyrələr onu mənimsəyə bilmədiyinə görə, əsas yük insulin hormonunun üzərinə düşür. Bunun nəticəsində şəkərli diabet, piylənmə və metabolik xəstəliklərin əmələ gəlməsi üçün risk yaranır.

Bal, meyvə və tərəvəzlərin tərkibində olan təbii şəkərlərdən fərqli olaraq qənd, şəkər tozu və s. süni şəkər əvəzedicilərinin çox qəbul edilməsi insan orqanizmi üçün çox ziyandır. Həmin siyahıya içkilərin tərkibində olan kimyəvi şəkərlər də daxildir".


Xəbərə aid fotolar