Boyun, bel və oynaq ağrılarından xilas olmağın yolları


Digərləri 22 Fev 2019 23:31:00 294 0

Boyun, bel və oynaq ağrılarından xilas olmağın yolları

Hərəkətli olmaq, çəki atmaq və duzlu qidalardan imtina etmək, zəli qoydurmaq  tövsiyə olunur

Müasir dövrün əsas bəlalarından biri də fiziki əmək tələb edən işlərin azalması və kütləvi olaraq insanların oturaq həyat tərzi keçirməsidir. Bu səbəbdən insanların böyük əksəriyyəti boyun, bel və oynaq ağrılarından əziyyət çəkir. Bəs görəsən, əsas səbəblər nədir və bu ağrılardan necə qurtulmaq olar?

Son.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Müsavat"a danışan tanınmış həkim Seyfəddin Əsəd bildirdi ki, bel, boyun, oynaq ağrılarının əsas səbəbi çox oturmaq və hərəkətsizlikdir: "Eyni standart vəziyyətdə  saatlarla durmaq çox zərərdir. Bundan başqa, düzgün qidalanmamaq, orqanizmdə maddələr mübadiləsinin pozulması da ağrılara səbəb ola bilər. Səbəblərdən biri də Azərbaycanda insanların duzu normadan ən azı 5 dəfə artıq gündəlik istifadə etməsidir. İnsanlar duzlu pomidora yenidən duz səpir, xiyar özü duzludur, ona duz tökürük və qədərindən artıq istifadə edirik. Bu ağrılardan qurtulmağın yolu yapon alimi Katsudzo Nişinin hərəkətləridir. Bununla yanaşı, düzgün qidalanmaq və duzdan az istifadə, qırmızı ətdən daha çox meyvə və tərəvəz, qoz-fındığa üstünlük vermək lazımdır.  Gündəlik olaraq çox hərəkətdə olmaq lazımdır. Artıq çəkidən qurtulmaq da önəmlidir".

Həkimin sözlərinə görə, bəzi şəfalı bitkilərdən də istifadə etmək olar: "Oynaq ağrılarının, boyun və bel ağrılarının müalicəsində qatırquyruğu, dazıotu, daşyarpızı, itburnu meyvəsinin dəmləməsi və arı ilə müalicə effektlidir. Zəli və qurbağa ilə müalicə də çox yaxşı effekt verir".

Ən dəhşətli məqam isə odur ki, bu ağrılardan əziyyət çəkənlərin yaş həddi getdikcə gəncləşir. Ekspertlər hesab edir ki, yaş irəlilədikcə degenerativ onurğa xəstəlikləri olaraq bilinən bir qrup xəstəliklər meydana gəlir. Onurğada duz yığılması, oynaq xəstəlikləri sinirlərə təsir göstərir. Bel və boyun ağrıları isə insanların gündəlik həyatına təsir göstərir. Müalicə edilmədikdə müxtəlif və daha ciddi problemlərə səbəb olur.


Xəbərə aid fotolar