“Instagram” vasitəsilə "Android" viruslarının geniş yayılması qeydə alınıb


Digərləri 22 Fev 2019 23:10:00 202 0

“Instagram” vasitəsilə "Android" viruslarının geniş yayılması qeydə alınıb

"Doktor Veb" antivirus proqram təminatı istehsalçısı "Instagram" xidmətinin köməyi ilə "Android" üçün troyan viruslarının yayılması haqqında məlumat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş "Android.HiddenAds" zərərli proqramlar sinfindən gedir. Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur.

2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib. Fırıldaqçılar bu troyanlardan bəzilərini "Instagram" və "YouTube" vasitəsilə yayırlar.