İnternet oyunları zərərli deyil Həkim bildirir


Digərləri 22 Fev 2019 23:19:00 216 0

İnternet oyunları zərərli deyil  Həkim bildirir

Həyatımızın demək olar ki, bütün sahələrini əhatə edən müasir texnologiyalar həm uşaqlara həm də böyüklərə təsirsiz ötüşmür. Virtual məkan gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Bu gün istər böyüklər, istərsə də uşaqların əsas ünsiyyət vasitəsi nootbuk, planşet, smartfonlar, internet və sosial şəbəkələrdir. Xüsusilə uşaqların virtual aləmin əsirinə çevrilməsi ciddi problemdir. Kompüter oyunları azyaşlıları virtual məkana cəlb edən əsas faktorlardan biridir. 

Mütəxəssislər balacaların virtual oyunlara aludə olmasını bir neçə amillə əsaslandırır. Əsas səbəblərdən biri uşaqların sərgüzəşt və macəra axtarmaq həvəsidir. İkinci səbəb valideynlərin uçaqlara kifayət qədər vaxt ayırmaması, onları nəzarətsiz qoymasıdır. Ailədə valideynlər arasında baş verən mübahisələr də uşaqların kiberməkana qaçmasına şərait yaradır. Bununla onlar ailədə hökm sürən emosional-psixoloji gərginlikdən bir növ yaxa qurtarmağa çalışırlar. Nəhayət, dostlarının, sinif yoldaşlarının və ya həmyaşıdlarının fiziki və psixoloji zorakılıq göstərməsi də uşaqların gününü virtual oyunlar oynamaqla keçirməsinə gətirib çıxara bilər. Ancaq səbəb nə olur olsun, nəticə eynidi - kompüter qarşısında itirilən vaxt uşaqların sağlamlığını əlindən alır. Ancaq ən qorxulusu odur ki, internet oyunları uşaqları intihara qədər sürükləyə bilər. 

Son.az bildirir ki, psixoloq Gülnarə İnanc medicina.az-a internet oyunlarının fəsadlarından danışıb: "Virtual oyunlar elekron vasitələrdə oynanılır. Bildiyimiz kimi bu vasitələr ilk növbədə yaydığı şüalarla ziyanlıdır. Kompüter arxasında işləyənlərə hər 15 dəqiqədən bir istirahət etmək, vitaminlərlə qidalanmaq məsləhət görülür. İkincisi, mobil telefon və kompüterdən istifadə görməni zəiflədir. Üçüncüsü, virtual oyunlar, yaxud sosial şəbəkələr bağlılıq yaradır. Hər hansı bir bağlılıqdan yaxa qurtarmaq isə asan deyil. Narkotik, qumar və spirtli içkidən qurtulan neçə nəfər tanıyırıq?. Bunlar barmaqla sayılası qədərdir. Bağlılıq ilk növbədə insanın şüurunda baş verir, sonra isə bədən bağlılığın tələb etdiyi siqnalları alır. İnsan daim içki və narkotik qəbul etmək, qumar oynamaq istəyir. Virtual aləmdəki həyata bağlılıq da eynilə. Virtual aləm uşaqları real aləmdəm uzaqlaşdırır, onların dünyası oynadığı oyunlar və sosial şəbəkə daxilində məhdudlaşır. Sosiallaşa billmirlər, onlar üçün canlı ünsiyyət çətinləşir. Real həyatda özünü idarə etmək çətinləşir. Oyundan, yaxud sosial şəbəkədən ayrılmayan uşaq  həm də fiziki inkişafdan qalır. Virtual aləmdə çox olanda inştah ya arta bilər, ya da tamamilə  iştahsızlıq yaranar. Bu isə piylənmə və yaxud fiziki zəifliklə nəticələnə bilər. Uşaq psixologiyası  və orqanizmi  hələ inkişafını bitirmədiyi üçün o, prosesləri özünə daha dərindən hopdurur. Nəticədə virtual aləmdəki proseslər onun gələcəyini formalaşdırır. Uşaq virtual aləmdə prosesləri fraqmentar qavrayır, həyatı geniş planda görə bilmir. Bu isə gələcəkdə ətrafında dövr edəcək hadisələri qəbul etmək və analiz etmək imkanlarını  məhdudlaşdırır".

Araşdırmalar göstərir ki, virtual məkana bağlılığın uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Psixoloq Gülnarə inanc daha bir təhlükyə diqqət çəkir. Uşaqların da aludəçisi olduğu onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Bu cür yunlarda zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına gətirib çıxarır:    "Virtual oyunlar əsasən aqressiya, qan, qəddarlıq üzərində qurulub. Bu oyunlarda mərhələləri keçmək üçün bir canlını öldürməli, yaxud nəyisə dağıtmalısan. Virtual proqramlar böyük gəlir gətirdiyi üçün onlar insan psixologiyasının və mənəviyyatının  zəiflikləri üzərində qurulur. Bu oyunları yaradanlar öz gizli psixoloji problemlərini oyuna yükləyir və həmin həmin hisslər şəbəkə vasitəsilə  bütün istifadəçilərə yayılır. Fikir vermisinizsə, cəmiyyətdə aqressiya və kin hissi güclənir, qanlı cinayətlər diqqət çəkir. Məsələ ondadılr ki, virtual aləmdəki proqram asta-asta real həyata keçir.Virtual aləmdən kənara çıxan uşaq, yaxud yetişmiş insan proseslərin davamını istəyir və bunu canlı olaraq reallaşdırmağa başlayır."