İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb


Dünya 22 Fev 2019 23:01:00 220 0

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

İsveçin ən böyük aeroportunun əməkdaşları arasında mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəsi olanlar aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Stokholmun Arlanda aeroportunda mühüm vəzifələr tutan bəzi əməkdaşların kriminal ünsürlərlə əlaqədə olduqları müəyyən olunub. Jurnalistlər bununla bağlı məxfi polis hesabatını ələ keçirə biliblər. Sənəddə bildirilir ki, cinayətkarlarla əlaqəli olanlar aeroportun təhlükəsizlik xidməti, sərnişinlərin yoxlanılması zonası və hətta pasport nəzarəti məntəqəsinin əməkdaşları olublar.

Bundan başqa, bir sıra əməkdaşlara qarşı narkotik maddələrin qaçaqmalçılığı ittihamı irəli sürülüb.