Nazir canlı efirdə 36 vətəndaş müraciətini cavablandırıb


Digərləri 22 Fev 2019 23:07:00 197 0

Nazir canlı efirdə 36 vətəndaş müraciətini cavablandırıb

Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "ASAN Radio"nun "Qəbuldasan" verilişinin qonağı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən Son.az-a verilən məlumata görə, Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də nazirliyin facebook səhifəsində canlı yayımlanıb.

S.Babayev veriliş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə, o cümlədən sosial təminat, pensiya təyinatı, məşğulluq, əmək münasibətləri, əlilliyin qiymətləndirilməsi və s. məsələlərə dair müraciətlərini cavablandırıb. Vətəndaşlar suallarını ASAN Radionun rəsmi facebook səhifəsi, vatsap və şəhər nömrəsi vasitəsilə veriblər.