İki dost birbirini bıçaqladı


Kriminal 22 Fev 2019 22:40:00 405 0

İki dost birbirini bıçaqladı

Quba rayonunda iki tanış bir-birini bıçaqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.

Rayon sakini Məmmədov Zakir Abdulla oğlu rayonun M.Ə.Rəsulzadə küçəsində tanışı, sərxoş vəziyyətdə olan Rafiq Əlməmmədovla rastlaşıb. R.Əlməmmədov Z.Məmmədovu söyüb və tanışlar arasında əlbəyaxa dava başlayıb.

Hadisə zamanı R.Əlməmmədov cibindən bıçağı çıxararaq Z.Məmmədovu qorxutmaq istəyərkən onu əlindən bıçaqlayıb. Z.Məmmədov bıçağı onun əlindən almağa cəhd edib və R.Əlməmmədovu ayaq nahiyəsindən bıçaqlayıb.