İsrailin unikal kosmik missiyasına start verilib


Digərləri 22 Fev 2019 22:34:00 200 0

İsrailin unikal kosmik missiyasına start verilib

Fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan kosmonavtika tarixində unikal olan yeni missiya - İsrailin ilk lunoxodu Aya göndərilib. Beləliklə, İsrail keçmiş SSRİ, ABŞ və Çindən sonra Yerin süni peykinə lunoxod göndərən dördüncü ölkə olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Falcon 9" raketi ilə Aya göndərilən İsrail istehsalı olan lunoxodda Tövrat və bu dövlətin bayrağı var. Missiyanın daha bir unikal xüsusiyyəti onun tamamilə özəl vəsait hesabına hazırlanmasıdır. Belə ki, bu vəsaiti lunoxodun yaradıcısı qeyri-kommersiya startapı olan "SpaceıL" firmasına özəl sərmayəçilər ayırıb. Kosmik aparatın buraxılmasını isə İlon Maskın "Space X" şirkəti həyata keçirib. NASA-nın xahişinə əsasən, İsrail lunoxodu ötən əsrdə "Appolon" astronavtlarının Ayın səthinə endiyi yerdən uzaqdakı Aydınlıq dənizi adlanan nöqtəyə enəcək.

İsrail missiyasının daha bir fərqli cəhəti "Falcon 9"un kosmosa eyni zamanda 3 yük daşıyacağıdır. Belə ki, onlardan yalnız biri - lunoxod Aya enəcək, qalan iki yük isə İndoneziya telekommunikasiya peyki və ABŞ-ın kəşfiyyatçı peyki olduğu ehtimal olunan məxfi aparatdan ibarətdir.