Qaraciyər və gözləri möhkəmləndirən məhsullar


Digərləri 22 Fev 2019 21:48:00 265 0

Qaraciyər və gözləri möhkəmləndirən məhsullar

Gözlərin sağlam olması və görmə qabiliyyətini gücləndirmək üçün qida rasionuna bu məhsulları daxil etmək vacibdir.

Son.az qaraciyər və gözlər üçün faydalı məhsullarla tanış edir.

Balqabaq və günəbaxan tumları

Qabaq və günəbaxan tumları özlüyündə təbiət enerjisi sayılır. Günəbaxan toxumu göz üçün əla qidadır. Onların tərkibindəki В2 vitamin fotofobiyanı aradan qaldırmağa kömək edir. Onlar eyni zamanda D vitamini ilə zəngindir. Günəbaxan çiçəkləri üzünü həmişə Günəşə doğru çevirir, bunun nəticəsində Günəşdən çoxlu parlaq həyat verən işığı - D vitamini udurlar. Odur ki, hər gün bir xörək qaşığı günəbaxan və ya balqabaq tumu yesəniz, çox qısa müddətdə müsbət effektini əldə edəcəksiniz. Görmə qabiliyyəti möhkəmlənəcək, gözlərin günəş işığına qarşı həssaslığı isə aradan qalxacaq.

Yerkökü

Yerkökü və yerkökü suyu skotopik görmə (gecə görməsi) problemini həll edir. Yerkökü çox miqdarda A vitamini ehtiva edir. Bədəndə qaraciyərdə ehtiyat kimi saxlanıldığı üçün gündəlik olaraq böyük miqdarda vitamin A istehlak etmək lazım deyil. Görmə qabiliyyətini gücləndirmək, beta-karoten və A vitamininə olan ehtiyacınızı tam təmin etmək üçün həftədə bir stəkan yerkökü suyu və ya beş yerkökü yemək kifayətdir. Lakin həkimlər dərmansız və ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən yerkökü almağı göstərir. Supermarketlərdən olan yerkökülərdə zərərli kimyəvi gübrələr, habelə pestisidlər cəmlənib. Belə sintetik kimyəvi maddələr immun sistemimizə son dərəcə dağıdıcı təsir göstərir, xüsusilə yeni nəsilə daha çox zərər verir.

"Ticari" anoloqundan fərqli olaraq, ekoloji baxımdan təmiz olan yerkökülər təbii dad və şirinliyə malikdir, dörd dəfə daha çox vitamin, mineral və faydalı mikroelementlər ehtiva edir. Odur ki, onlar şəfalı xassələri ilə daha güclü təsir göstərir. Təbii meyvə və tərəvəzlər yesəniz, qidalanma və sağlamlıq qanunlarına əməl etsəniz, onda təbiət sizi qanadları altına alacaq.

Şəfalı bitkilər

Qarağat və moruqdan hazırlanmış bitki çayları, həmçinin yerkökü skotopik (gecə görməsi) görmənin inkişafını təmin edir. Cəfəridə isə fotopik görməni yaxşılaşdıran B2 vitamini var.