Xərçənglə bağlı İNQİLABİ KƏŞF: Türkiyənin bu cihazı bütün xəstələri sağaldacaq


Digərləri 22 Fev 2019 21:42:00 244 0

Xərçənglə bağlı İNQİLABİ KƏŞF: Türkiyənin bu cihazı bütün xəstələri sağaldacaq

Türkiyədə xərçəngin müalicəsində istifadə olunacaq "Termosfin" adlı yerli tibbi cihaz istehsal edilib.

Son.az xəbər verir ki, cihaz sayəsində xərçəng xəstələrini cərrahiyyə əməliyyatsız sağaltmaq mümkündür.

Cihaz Türkiyənin yerli və milli cihaz istehsalçılarından olan "RD GLOBAL-INVAMED AŞ" tərəfindən ərsəyə gətirilib. Xüsusilə, onurğada əmələ gələn şişlərin müalicəsində istifadə olunan "Termosfin" Avropa ölkələrinə də ixrac edilir.

"RF Ablation" sistemi ilə işləyən cihaz xüsusilə, onurğadakı metastatik şişlərin yox edilməsində təsirlidir. Radiotezlikli dondurucu texnologiya sisteminə sahib olan cihaz ağır metastazlı xəstələrin müalicəsində istifadə edilir. Cihaz kömürləşməyə yol vermir və riskləri azaltmaq üçün istilik və qüvvə çıxışına nəzarət edir. Termal koaqulyasiya kateterini istənilən bölgəyə 60-100 dərəcə istiliklə 1-30 dəqiqə arasında tutmaqla xərçəng şişi non-metabolik vəziyyətə gətirilir. İstənilməyən vəziyyətlə qarşılaşdıqda isə sistem anında dayandırılır. Bu metod qara ciyər, böyrək, onurğa, sümükdaxili tiroid xərçənglərində daha çox tətbiq edilir. Cihaz xərçəng hüceyrələrinin olduğu bölgəyə cərrahi müdaxilə və hər hansı kəsik olmadan daxil edilir, hüceyrələri kiçildərək yox edir.