İnternetdə tanış olduğu şəxs qadına 4 saat işgəncə verdi DƏHŞƏTLİ FOTOLAR


Digərləri 22 Fev 2019 21:32:00 244 0

İnternetdə tanış olduğu şəxs qadına 4 saat işgəncə verdi  DƏHŞƏTLİ FOTOLAR

Braziliyanın Rio-de-Janeyro şəhərində 1 övladı ilə birlikdə yaşayan 57 yaşlı subay qadının başına dəhşətli hadisə gəlib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Eleyn Kaparroz adlı qadın 8 ay internetdə danışdığı 27 yaşlı Vinisius Serranı evinə dəvət edib. Bu dəvət isə fəlakətlə nəticələnib.

Eleyn sevgilisi ilə əvvəlcə cinsi əlaqəyə girib. Divanda yuxuya gedən qadın həyatının şokunu yaşayıb. Sevgilisi onu 4 saat ərzində fasiləsiz olaraq döyüb. Evin içərisində mebellər qırılıb, divarlar qan içində olub. Bu isə zavallı qadının ev içində ora-bura sürükləndiyini sübut edir. Vinisius isə psixoloji problemləri olduğu üçün belə addım atdığını deyib. Qonşular Eleynin səsini eşitdikdən sonra polisə xəbər veriblər.


Xəbərə aid fotolar