Amerikalı kahindən bədbin proqnoz Qiyamət gününün dəqiq tarixini verdi


Digərləri 22 Fev 2019 21:26:00 252 0

Amerikalı kahindən bədbin proqnoz  Qiyamət gününün dəqiq tarixini verdi

Qədim yunan astronomu Aristill Samosskinin şərəfinə ləqəb götürən kahin dünyanın sonu barədə danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, dünya ictimaiyyətindən şəxsiyyətini gizlədən kahin öncəgörmələri barədə internetdə məlumat verib. O, bu vaxta qədər Donald Trampın prezident seçilməsi, İngiltərənin Avropa İttifaqından çıxması, Sulavesi adasında zəlzələ və sunami kimi vacib məsələləri əvvəlcədən demişdi. Bu dəfə isə Aristill Qiyamət günü ilə bağlı proqnozlarını internetə yerləşdirib. 

Onun sözlərinə əsasən, bəşəriyyət 288 il sonra, yəni 2307-ci ilin 10 iyun tarixində yoxa çıxacaq.  Kahin iddia edir ki, bu səhnəni dəqiqliyinə qədər yuxuda görüb. Guya dünya qəfil qaranlığa qərq olacaq və insanlar qırılacaq. Amma Aristill Qiyamətin səbəbi barədə məlumat vermir. Ola bilər ki, nüvə müharibəsi, qlobal texnogen fəlakət və ya Yerə düşən iri meteorit buna səbəb olsun.