Düzgün pendir seçməyin qaydaları Qiymət, rəng, ölçü


Digərləri 22 Fev 2019 21:29:00 256 0

Düzgün pendir seçməyin qaydaları  Qiymət, rəng, ölçü

Supermarketlərdə istənilən damaq dadına uyğun hər formada pendirlər satılır.

Böyük hipermarketlərdə 100 çeşiddən artıq pendir seçimi ilə qarşı-qarşıya qalırıq. Hər bir pendir növü özünə məxsus dadı ilə fərqlənir.   Bəzi istehsalçılar pendirin maya dəyərini aşağı salmaq üçün onu bitki yağları ilə istehsal edirlər. Bu isə istehlakçı üçün çox böyük mənfi haldır. Səbəbi isə bu maddələrin orqanizmə vurduğu zərərdir. 

Düzgün pendiri necə seçmək lazımdır? Necə edək ki, sevimli ərzağımızdan istifadə edərkən eyni zamanda sağlam qalaq? 

Son.az medicina.az-a istinadən bildirir ki, əsil pendir təbii süddən hazırlanır. Pendirin yaranması prosesi zamanı südün tərkibində insan orqanizmi tərəfindən yaxşı mənimsənilən maddələr əmələ gəlir. 

Amma bəzən istehlakçılar inək südü əvəzinə palma yağından istifadə edirlər. Ancaq bu maddə insan orqanizmi üçün kifayət qədər təhlükəlidir. Buna görə də pendir alarkən aşağıdakı qaydalar diqqət yetirmək məsləhətdir:    1. Pendir alarkən onun tərkibini diqqətlə oxuyun:

Əgər onun tərkibində bitki mənşəli yağların olduğunu görsəniz yaxşı budur almaqdan yan keçin. Keyfiyyətli pendirin tərkibində yalnız heyvan mənşəli yağlar olmalıdır. 

2. Qiymətinə diqqət edin: