MTRŞ sədri: "Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir"


Digərləri 22 Fev 2019 21:14:00 211 0

MTRŞ sədri: "Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir"

Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleseriallar bizi çox narahat edir. Son.az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır:

"Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, ssenari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir".

MTRŞ sədrinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur: