Belə də olur. Ərini dəfn etməyə pulu olmayan qadın görün nə etdi...


Dünya 22 Fev 2019 21:17:00 188 0

Belə də olur. Ərini dəfn etməyə pulu olmayan qadın görün nə etdi...

Rusiyanın Samara vilayətinin sakini vəfat etmiş ərini tabuta qoyaraq regional hökumətin binasına gətirib. Qadın bahalı dəfn xidmətləri səbəbindən vəfat etmiş ərini torpağa verə bilməyib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, qadın bu hərəkətini belə izah edib: "50 min rubl (1300 m) istəyirlər. Mən təkbaşına uşaq böyüdürəm. Bu qədər pulu haradan alım?"

Qubernator Dmitri Azarov, korrupsiyaya qarşı mübarizə departamentinə və şəhərin başçısına baş vermiş hadisəni ciddi şəkildə araşdırmağı və bu barədə ictimaiyyəti məlumatlandırmağı həvalə edib.

O, həmçinin ölən şəxsin qohumlarına yardım etməyi də tapşırıb. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qadın bildirib ki, regional hakimiyyət ona baş vermiş hadisədən sonra həqiqətən də kömək təklif edib. Lakin qadının həmin vaxt artıq köməyə ehtiyacı olmayıb. O, etiraf edib ki, tabutla birlikdə hökumət binasına gələndə nə edəcəyini bilmirmiş.


Xəbərə aid foto