Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
Digərləri 22 Fev 2019 21:20:00 212 0
Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüsseldə (Lüksemburq meydanında) "Xocalıya ədalət", "Dilqəm və Şahbaza azadlıq" və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, diaspor təşkilatları mitinqin canlı olaraq Azərbaycanda da yayımlanması təşəbbüsünü irəli sürüblər:
"Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə, o cümlədən bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə diqqət və həssaslıqla yanaşır. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.
Mənbə: milli.az