MTRŞ sədri: Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir (ÖZƏL)


Digərləri 22 Fev 2019 21:07:46 207 0

MTRŞ sədri: Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir (ÖZƏL)

Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleseriallar bizi çox narahat edir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleseriallar bizi çox narahat edir. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır: “Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, ssenari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir”.