Daha bir marşrut xəttində "WiFi" pulsuz olub


Digərləri 22 Fev 2019 20:54:00 210 0

Daha bir marşrut xəttində "WiFi" pulsuz olub

"Xaliq Faiqoğlu" MMC 85 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda 18 saylı marşrut xətt avtobuslarında da sərnişinlərə pulsuz "Wi-Fi" xidməti göstərilir. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.

Yaxın günlərdə "Xaliq Faiqoğlu" MMC-nin istismarında olan və "BakıKart" sisteminə qoşulmuş digər xətlərdə də "Wi-Fi" cihazları quraşdırılacaq.