Bəşəriyyətin nə qədər ömrü qalıb?


Digərləri 22 Fev 2019 20:44:00 233 0

Bəşəriyyətin nə qədər ömrü qalıb?

Bəşəriyyət Yerin kosmik cisimlə toqquşması, təbii və ya texnogen qəzalar nəticəsində məhv ola bilər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu KİV-in fantaziyası və ya Hollivud senaristlərinin qələmindən çıxan yazılar yox, alimlərin proqnozudur.

2036-cı il

2007-ci ilin oktyabrında Penza vilayətində bir kəndin sakinləri Qiyaməti gözləmək üçün mağaraya sığındılar. Onların fikrinə görə, 2008-ci ilin may ayında Yer kometlə toqquşaraq məhv olacaqdı.  Kosmik fəlakət baş vermədiyi üçün penzalı sakinlər mağaranı tərk etdilər.

Bəşəriyyətin sonu, Qiyamət günü haqqında müxtəlif dinlərdə də var. Xristanlıqda Armageddonun tarixi 1000-2000-ci illər arası göstərilir. Mayalıların təqvimində isə 2012-ci il qeyd edilmişdi. 

Təhlükə səmadan gözlənilirdi. Günümüzdə astronomlar  Yerlə təhlükəli məsafəyə qədər yaxınlaşa biləcək irili-xırdalı kosmik obyektləri kəşf ediblər. Bəzi hallarda isə toqquşma istisna edilmir.

Daha çox Apofis asteroidi alimləri qorxuya salır. Bu asteroid 2029-cu ilin 13 aprel tarixində geri qayıdacaq və Yerin mərkəzindən 38 min km məsafədən keçəcək. Kiçik bir ehtimala əsasən, asteroid altı yüz metrlik təhlükəli zonaya girəcək və planetin qravitasiya sahəsi onun trayektoriyasını dəyişəcək. Bu zaman 2036-cı ildə Apofis geri qayıdanda planetimizlə toqquşacaq. Rusiyalı alimlərin hesablamasına əsasən, 2036-cı ildə Apofislə toqquşma risk zonasına Uzaq Şərq, Mərkəzi Amerika ölkələri və Qərbi Afrika daxildir.

2026