Müğənni nazirlikdən pulsuz dərman istədi, nazir cavab verdi


Digərləri 22 Fev 2019 19:49:00 228 0

Müğənni nazirlikdən pulsuz dərman istədi, nazir cavab verdi

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Yıldız Tilbe tvitterdə Səhiyyə Nazirliyinə müraciət edərək "Donuz yemiriksə, niyə qripinə yoluxuruq? Bu virusdan xilas olmaq, sağlam yaşamaq istəyirik. Millət olaraq xəstəyik. Bunun axırı necə olacaq? Biz yazıq deyilik? Xəstəlikdən yorğun düşmüşəm. Səhiyyə Nazirliyi bizə pulsuz dərmanlar paylasın" deyə bildirmişdi.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Qocanın sənətçiyə cavabı gecikməyib.