“Hazırlaşın, cəhənnəmdən sanksiyalar gəlir...”


Dünya 22 Fev 2019 19:34:00 177 0

“Hazırlaşın, cəhənnəmdən sanksiyalar gəlir...”

Birləşmiş Ştatların hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsi Qrem (Lindsey Graham ) sənədi "cəhənnəmdən gələn sanksiya layihəsi" adlandırıb.

Rəsmi adı Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qoruma Aktı 2019 (DASKA) olan layihə elə açıqlanan kimi Rusiyanın maliyyə bazarlarında şok yaradıb. Bu layihəni hələ Konqres nəzərdən keçirəcək. Onun daha kəskin versiyası ötən il qəbul olunmadı.